"Azərbaycan Dəmir Yolları” (ADY) QSC elektrik qatarlarına bilet satışı və elektron gediş karlarının tətbiqi üçün lazım olan avadanlıqların tədarükçüsünün seçim müddətini uzadıb.
Seçim açıq tender metodu ilə həyata keçirilir.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübə, maliyyə vəziyyəti və zəmanət müddəti.
Tenderdə iştirak haqqı 300 manatdır.
Təklif dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan tender təkliflərinin qəbul müddəti 2018-ci il fevralın 2-dən 8-dək uzadılıb. Tender proseduru fevralın 5-dən 9-na təyin edilib.
Telefon: (+99412) 499-44-46.*
N.Abbasova