Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
“Səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Həmçinin görüşlərdə ölkələr arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq. **
A.Əzizov