2018-ci ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində $651,6 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
“Cari ilin yanvar ayında AÇG blokunun işlənməsi layihəsinin reallaşdırılmaından ARDNF-in gəlirləri $651,6 mln. təşkil edib. Bununla belə, $450 mln. müqavilənin 2050-ci ilədək uzadılması ilə bağlı AÇG layihəsinin xarici inestorları tərəfindən bonus ödənişləri, qalanı Azərbayavnın mənfəət neftinin satışından gəklirlərin payına düşüb”, - Fonddan qeyd ediblər.
Ümumilikdə 2001-ci ildən 2018-ci il fevralın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $129 mlrd. 137 mln. məbləğində vəsait daxil olub
Məlumata əsasən, 2018-ci ilin yanvar ayında “Şahdəniz” yatağının işlənməsi layihəsinin xarici səhmdarları tərəfindən bonus ödənişləri $108 min təşkil edib.
2007-ci ildən 2018-ci il fevralın 1-nə qədər ARDNF-ə “Şahdəniz” yatağının işlənməsi layihəsi çərçivəsində daxilolmalar $2 mlrd. 506 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılmasından ARDNF-ə daxilolmalar $5 mlrd. 194,8 mln., “Şahdəniz” layihəsindən - $428,9 mln. səviyyəsində proqnozlaşdırılır. **
N.Abbasova