Rusiya Federasiya Şurasının Sosial SiyasətKomitəsinin sədrinin müavini Lyudmila Kozlova “Nezavisimaya qazeta” nəşrində dərc olunan məqaləsində bir sıra postsovet ölkələri, həmçinin Ermənistanda nasizm tendensiyalarının gücləndiyini qeyd edir.
“Rusiyanın strateji müttəfiqi olan Ermənistan İrəvanın mərkəzində Üçüncü Reyxilə əməkdaşlıq edən kollaborasionist Qaregin Njdenin abidəsini ucaldıb. Öncə Rusiya XİN bu abidənin ucaldılmasını şərh edərkən bəyan edib ki: “Qeyd olunan abidənin nə üçün ucaldılması aydın deyil”. Həmçinin Rusiya XİN-də ümid edirlər ki, İrəvanın rəsmi mövqeyində yenə də BMT Baş Assambleyasının “Faşizminqəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşımübarizə” adlı qətnaməəsas təşkil edəcək”, - L.Kozlova qeyd edir.
O vurğulayır ki, Njdenin İrəvanda abidəsinin açılışının təşəbbüskarları olan şəxslər hazırda Bolqarıstanın Pliske şəhərində abidənin açılışını planlaşdırırlar. “Abidəsi ucaldılacaq şəxs İkinci Dünya müharibəsinin əvvəlində Hitler Almaniyası ilə əməkdaşlığa başlayıb və “Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur” şüarı ilə SSRİ-yə qarşı hərbi mübarizəyə çağırışlar edərək erməni hərbi əsirləri qarşısında təbliğat xarakterli çıxışlar edib. Onun komandanlığı altında SS-in erməni legionu cəza aksiyalarında iştirak edərək əsasən 20 mindən artıq dinc sakini məhv edib. Onun əlləri minlərlə öldürülən baba və ulu babalarımızın qanına bulanıb”, - Komitə sədrinin müavini yazır.
O cümlədən, L.Kozlova qeyd edib ki, bu yaxınlarda Dövlət Dumasında keçirilən “Faşizm və neonasizmin dircəlməsi ilə mübarizə: qanunvericilik aspektrləri və beynəlxalq təşəbbüslər” adlı dəyirmi masada o vurğulayıb ki, nasizm və faşizm beynəlxalq razılıqlara əsasən cinayətkar qadağan edilmiş ideologiyalardır. “Bu səbəbdən nasizmin qəhrəmanlaşdırılması əslində beynəlxalq razılıqların pozulmasıdır. Abidələrə münasibət, onların ucaldılması və ya sökülməsi istənilən dövlətin suveren işidir. Lakin hökumət nəinki ictimaiyyətin rəyi, həm də dünya birliyinin mövqeyini nəzərə almalıdır. Dünya birliyi isə nasizm və faşizmi insanlığa nifrət ideologiyası kimi aydın şəkildə müəyyən edib”, - o yazır.
L.Kozlova əlavə edib ki, nasizm və faşizm həmişəlik keçmişdə qalmalıdır. “Lakin biz bu gün faşizmə qarşı mübarizə aparan veteranların alçaldığını və əziyyətə məruz qaldığını, qəbirlərin təhqir olunduğunu və nasizm ilə mübarizədə həyatlarını qurban verən şəxslərin abidələrinin dağıdılmasını görürük. Eyni zamanda nasizmin qəhrəmanlaşdırılması, nasist simvollarının yayılması və anti-Hitler birləşməsinə qarşı döyüşən və ya nasistlərlə əməkdaşlıq edənlərə milli qəhrəman rütbəsinin verilməsi baş verir”, - o vurğulayır. **
A.Əzizov