Prezident İlham Əliyev Türkmənistanla imzalanmış yük daşımalarına dair sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında protokolu təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Saziş Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkilini, yük vaqonlarının və konteynerlərin istismarını, nömrələr üzrə uçotunu və onlardan istifadəyə görə hesablaşmaları nəzərdə tutur.*
F.İsazadə