Nazirlər Kabineti sahibkarlıq subyektlərinin müəyyən edilməsi meyarlarını 3 ay ərzində təsdiq etməlidir.
Prezident İlham Əliyev bu gün “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.
Dəyişikliklərin tətbiq edilməsi haqqında fərmana uyğun olaraq Nazirlər Kabinetinə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını üç ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.*
B.Rüstəmbəyov