Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki ilə görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində məsələlərinn geniş spektrini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev və B.Brink Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxublar. Sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirildi”, - məlumatda deyilir.
B.Brink Bakı ilə Vaşinqton arasında təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirdi.
“Həmsöhbətlər həmçinin demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır. **
F.İsazadə