Ər-Riyad Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləyir. Bunu Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin general-mayoru Əli bin İbrahim Fəvvaz deyib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Əli bin İbrahim Fəvvazın rəhbərliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
“Müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edir”, nazirliyin mətbiat xidməti Ə.İ.Fəvvazın sözlərindən sitat gətirir.
O həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.
Z.Həsənov Azərbaycan presidenti İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.
“Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan Z.Həsəsnov Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələryaratmadığına görə minnətdarlığını bildirib”, - məlumatda vurğulanır. **
F.İsazadə