2018-ci ilin yanvar ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 814,6 min barel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
"Cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barel olub. Bunun 759,7 min barelini xam neft, 54,9 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi bu ilin yanvar ayında da yerinə yetirib.
Nazirliyin məlumatına görə, 2018-ci ilin yanvar ayında gündəlik 624,2 min barel xam neft, 54,9 min barel kondensat və 14,3 min barel neft məhsulları ixrac edilib.*
N.Abbasova