Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“Növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin edilib”, - MSK sədri Məzahir Pəhanov bildirib.
Bu qərar fevralın 5-də prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında qəbul olunub.
Həmçinin iclasda növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması, MSK nəzdində İşçi qrupunun yaradılması təsdiq edilib. **
F.İsazadə