Azərbaycan region ölkələri ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, Çində səfərdə olan Ş.Mustafayev Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək ilə keçirilmiş ikitərəfli görüşdə 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 16% artdığı, iqtisadi əlaqələrin mövcud vəziyyəti və genişləndirilməsi, nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın, ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
İqtisadi əlaqələrin genişləndirilməsi məsələləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili və Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar ilə də müzakirə edilib.*
B.Rüstəmbəyov