Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin qanunvericiliyin müddəaları əsasında keçirilməsini təmin edəcək. Bunu MSK sədri Məzahir Pənahov bəyan edib.
“Azərbaycanda keçirilən seçkilər seçicilərin iradəsini ifadə edir. Seçkilər Seçki Məcəlləsi və Azərbaycan Konstitusiyasının müddəalarına uyğun ciddi şəkildə keçirilməlidir”, - M.Pənahov çərşənbə axşamı MSK-nin iclasında bildirib.
Onun sözlərinə görə, seçkilərin təşkili zamanı “ən qabaqcıl təcrübədən” istifadə etmək lazımdır.
M.Pənahov müxtəlif seçkilərin keçirilməsində Azərbaycanda irəliləyişin olduğunu vurğulayıb. “Ölkə prezidenti azad seçkilərin keçirilməsinin qarantıdır”, - MSK sədri əlavə edib. **
F.İsazadə