Növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat martın 19-da başlayacaq, aprelin 10-da isə başa çatacaq. Bu barədə bu gün Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
"Namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayacaq, aprelin 10-da dayandırılacaq”, - deyə MSK-nın iclasında bildirilib.
Fevralın 5-də prezident İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ötən həftə bildirib ki, YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir.
2016-cı ilin payızında Azərbaycan Respublikasının Konstitusiyasında edilən dəyişikliklərə əsasən, ölkə prezidenti 7 il müddətinə seçiləcək.*
F.İsazadə