“Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və mineral gübrələrin sığortaçısını seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Tender üç lot üzrə keçirilir: müəxtəlif təyinatlı kombaynların sığortası, mineral gübrələr və herbisitlərin sığortası, daşınmaz əmlak və avtonəqliyyat vasitələrinin sığortası.
Birinci lot üzrə iştirak haqqı 500 manat, ikinci və üçüncü lotlar üzrə hər biri 300 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər 28 mart tarixinədək təkliflərini təqdim etməlidir. Tender proseduru martın 29-da baş tutacaq. **
B.Rüstəmbəyov