Avropa İnvestisiya Bankının (EIB) Direktorlar Şurası çərşənbə axşamı Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinə 1,5 mlrd. avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.
“2018-ci ildə, fevralın 6-da keçirilən ilk iclasda EIB TAP layihəsinin tikintisinə 1,5 mlrd. avro məbləğində kreditin ayrılmasını təsdiqləyib”, - məlumatda vurğulanır.
Ümumilikdə, iclasda EIB Avropa İttifaqının 17 ölkəsində, Afrika, Asiya və Latın Amerikasında 6,5 mlrd. avro ümumi məbləğdə 36 layihənin maliyyələşməsini təsdiq edib.
İllik gücü 10 mlrd. kubmetr qaz təşkil edən TAP boru kəməri 2020-ci ilə qədər inşa olunacaq. 2022-ci ildə analoji güc ilə boru ikinci qolu tikiləcək. TAP layihəsinin dəyəri 4,5 mlrd. avro həcmində qiymətləndirilir. **
N.Abbasova