Pekin şəhərində Azərbaycanın “AS Group Investment” şirkəti ilə Çinin iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “AS Group Investment” şirkətindən məlumat verilib.
Müqavilə fevralın 6-da Azərbaycan-Çin biznes forumu çərçivəsində imzalanıb.
“Müqaviləyə əsasən CAMCE “Abşeron Aqro Park” layihəsinə $140 mln. məbləğində vəsait cəlb edəcək”, - deyə məlumatda bildirilir.
"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. "Abşeron Aqro Park" ərazisinin 150 hektarlıq hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixanalar istifadəyə verilib və burada pomidor və çiyələk istehsalatına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təhciz olunub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3,5 min nəfər işlə təmin ediləcək.*
B.Rüstəmbəyov