2018-ci ilin ikinci yarısında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının7-ci iclası keçiriləcək. Bunu Macarıstanın Bakıdakı səfiri Viktor Şederkeni deyib.
“Cari ilin ikinci yarısında Budapeştdə Hökumətlərarası Komissiyasınınnövbəti iclası keçiriləcək”, - V.Şederkeni çərşənbə günü mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan tərəfinin qiymətləndirmələrinə əsasən, nəqliyyat, energetika, ticarət, ASK, səhiyyə, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial var.
Hökumətlərarası Komissiyasınınötən iclası 28 iyun 2016-cı ildə Bakıda keçirilib.
Komisiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstan tərəfindən - xarici işlər və ticarət naziri Piter Siyartodur. **
F.İsazadə