2017-ci ildə Macarıstanın Azərbaycana ixrac həcmi 12% artıb. Bu barədə Macarıstanın Bakıdakı səfirliyinin iqtisadi məsələlər üzrə attaşesi Şandor Kapitani məlumat verib.
“Ötən il Macarıstan Azərbaycana ixrac həcmini 12% artırıb. Azərbaycan məhsullarının idxalına gəlıincə, bu yüksək göstərici deyil. Biz daha böyük həmcdə Azərbaycan məhsullarını almağa hazırıq”, - Ş.Kapitani çərşənbə günü azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda istixana komplekslərinin tikintisi aparılır, layihə Macarıstan tərəfindən maliyyələşdirilir. “Cari ilin may aynda tikintinin başa çatdırılması və həmin komplekslərin istifadəyə verilməsini gözləyirik”, - diplomat qeyd edib. **
F.İsazadə