Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Bakıdakı səfiri Erkan Özoral ilə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
“Görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər. **
F.İsazadə