Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərinin planlaşdırıldığını məlumat verib. O, səfərin Azərbaycanda 11 aprel tarixində növbədənkənar prezident seçkilərindən sonra baş tutacağını bildirib.
“Azərbaycanla münasibətlərimiz inkişaf edir, səmimi xarakteri daşıyır”, - V.Volodin çərşənbə günü “İnterfaks”a bəyan edib.
Onun sözlərinə görə, parlament çərçivəsində azərbaycanlı həmkarlarla iş kifayət dərəcədə səmərəlidir. “Bu səbəbdən seçkilərdən sonra orada dərhal görüşəcəyik”, - spiker əlavə edib.
RF Dövlət Dumasından bildiriblər ki, səfərin tarixi bir qədər sonra dəqiqləşdiriləcək.
Çərşənbə günü Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun iştirakı ilə RF Dövlət Dumasında Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərginin açılışı olub**