Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. BunuABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink deyib.
"Münaqişə 20 ildən artıqdır uzanır və bu, uzun müddətdir. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”, - deyə o, bu gün Bakıda keçirilən brifinqdə bildirib.
Müavinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadırlar. Onların arasında amerikalı həmsədr də var. Vasitəçilər Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr aparırlar.*
F.İsazadə