Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Beynəlxalq avtomobil əlaqəsihaqqındaAzərbaycanRespublikası. Hökuməti iləQazaxıstanRespublikası Hökuməti arasında Sazişin ratifikasyası haqqında” qanun imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verir.
Saziş 3 aprel 2017-ci il tarixində Bakıda imzalanıb.
Sazişin əsas məqsədi Qazaxıstanla Azərbaycan arasında beynəlxalq avtomobil əlaqəsində sərnişin və yük daşımaları üçün hüquqi əsasın yaradılması, onların ərazisi ilə tranzit, həmçinin dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı və işgüzar əlaqələrin dərinləşməsindən ibarətdir. **