Demokratiyanın inkişafı, koppursiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi biznes mühitin yaxşılaşdırılması və Azərbaycanda sabitliyin təminatında mühüm əhəmiyyət kəsb edir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink belə hesab edir.
“İnsan haqları və fundamental dəyərlərə hörmət edilməsini ikitərəfli əlaqələrin vacib elementi hesab edirik. İnanırıq ki, insan haqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi Azərbaycanda biznes mühiti və sabitliyin təmin edilməsi baxımından vacibdir”, - B.Brink çərşənbə günü Bakıda brifinqdə bildirib.
Onun sözlərinə görə, iki tərəfin əməkdaşlığı bu məqsədlərə xidmət edir. **
F.İsazadə