Hesablama Palatasında ləğv prosesində olan “Dekabank”və “Atrabank”ın əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda (ADİF)aparılmış auditin nəticələri müzakirə olunub. Bu barədə Palatdan məlumat verilib.
“Çərşənbə günü Palatanın Kollegiya iclasında ləğv prosesində olan “Dekabank” və “Atrabank”ın əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələrinə dair müzakirələr aparılıb”, - Palatadan qeyd olunub.
Audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. **
A.Əzizov