Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin 12-14 fevral tarixlərində Azərbaycana səfər edəcək.
“12-14 fevral tarixlərində Volfqanq Büxele Azərbaycana səfər edəcək. Bakıya səfər çərçivəsndə o bir sıra görüşlər keçirəcək. Həmin görüşərdə Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin genişlənməsi məsələləri müzakirə olunacaq”, - Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Bakıda İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyevlə görüşzamanı bildirib.
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişaf məsələləri müzakirə olunub. A.Əliyev qeyd edib ki, 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 556 mln. dollar investisiya qoyulub.
“Bundan başqa, ölkəmizdə həyata keçirilən layihələrdə Almaniya şirkətləri podratçı kimi də iştirak edirlər”, - A.Əliyev vurğulayıb.
O həmçinin əklavə edib ki, Azərbaycan şirkətləri 9 fevral tarixinə qədər davam edəcək Berlin şəhərində keçirilən «Fruit Logistica 2018» beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edirlər.
Öz növbəsində T.Baumann Azərbaycanın regionları ilə tanışlıq, burada fəaliyyət göstərən müəssisələrlə alman şirkətləri arasında əlaqələrin yaradılması barədə fikirlərini bildirib. **
B.Rüstəmbəyov