Fevralın 1-dən 7-dək “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə əmanətçilərə 27 mln. manatdan artıq kompensasiya ödənilib.Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilir.
Xəbər verildiyi kimi, fevralın 1-dən “Dəmirbank”da qorunan əmanətlər üzrə əhaliyə kompensasiyaların ödənilməsinə başlanıb.
Fevralın 1-dən 7-dək “Dəmirbank”ın əmanətçilərə 27 mln. manatdan artıq kompensasiya ödənilib. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır", - məlumatda vurğulanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən kapitalla bağlı problemlər səbəbindən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Bundan əlavə, bank kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməyib.
ADİF bankın ləğvedicisi təyin edilib.
"Dəmirbank" ASC-də 66 286 nəfər əmanətçinin 81,5 mln. manat fond tərəfindən kompensasiya olunan əmanəti olub. Kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln. manat təşkil edir”. Əmanətçilərin 52 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır. **
A.Əzizov