Səhiyyə Nazirliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Tender Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (birinci mərhələ üzrə) işlərinin icrasını nəzərdə tutur.
Tenderdə iştirak haqqı 600 manatdır.
İddiaçılar tələb olunan sənədləri 14 mart 2018-ci il tarixinədək təqdim etməlidirlər. Tender təklifləri martın 29-dək qəbul olunur. Təklif zərfləri martın 30-da açılacaq.
Telefon: (012) 565 12 41.*
B.Rüstəmbəyov