2018-ci ilin yanvar ayında Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17% - 185,913 min nəfərədək artıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130,118 min nəfəri (69,9%) kişi, 55,795 min nəfəri (30,1%) isə qadınlar olub”, - deyə məlumatda bildirilir.
Azərbaycana gələn xarici vətəndaşların sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası - 59,990 min nəfər (xüsusi çəki 32,4%), Gürcüstan - 45,679 min nəfər (24,7%), Türkiyə - 24,276 min nəfər (13,1%) və İran İslam Respublikası - 13,437 min nəfər (7,3%), həmçinin Birləşmiş Ərəb Əmirlikləri - 8,265 min nəfər (4,4%) olub.
Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.
Məlumata görə, keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (5,4 dəfə), Pakistan (3,2 dəfə), Hindistan (2,3 dəfə) və Qətər (1,7 dəfə) olub.
2017-ci ildə Azərbaycana gələn turistlərin sayı 20% - 2 mln. 691,988 min nəfərədək artıb.*
N.Abbasova