Azərbaycan BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Expo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat keçirib. Bu barədə “Expo 2025”-in əməliyyat katibliyindən məlumat verilir.
Təqdimat “Expo 2025”in Bakı layihəsi üzrə danışıqlar qrupu və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə keçirilib. Tədbirdə dünyanın 120 ölkənin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, “Baku Expo-2025”in İşçi Qrupunun rəhbəri Elçin Əmirbəyov sərginin potensial təşkilatçısı qismində Azərbaycanın üstünlükləri barədə məlumat verib. O, Bakının təklif etdiyi mövzunu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri arasında əlaqələr barədə söz açıb.
“Bakı ümumdünya “Expo” sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman bu cür sərgilərə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq”, - E.Əmirbəyov əlavə edib. **
F.İsazadə