Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) əvvəl olduğu kimi, aktivlərin əsas hissəsini ABŞ dolları ilə yerləşdirməyə üstünlük verir. Bu barədə fonddan məlumat verilir.
“31 dekabr 2017-ci il tarixinə fondun aktivləri $35 mlrd. 806,5 mln. təşkil edib, bunun $6,7 mln. manat, qalanı digər valyuta ilə yerləşdirilib”, - fondun məlumatında qeyd olunur.
31 dekabr 2017-ci il tarixinə fondun investisiya portfeli $35 mlrd. 799,9 minə bərabərdir.
Bununla belə, fondun investisiya portfeli strukturunda $16 mlrd. 868,3 mln. və ya 47,1%-i ABŞ dolları (2016-cı ilin yekunları üzrə 49,2%), 35,7%-i avro (2016-cı ilin sonuna 34,3%), 5,1%-i funt sterliqn (2016-cı ilin sonuna 4,8%), 0,7%-i Avstraliya dolları (2016-cı ilin sonuna 0,6%), 1%-i türk lirəsi (2016-cı ilin sonuna 1,1%), 1,1%-i Rusiya rublu (2016-cı ilin sonuna 1,6%), 1,3%-i Cənubi Koreya vonu (2016-cı ilin sonuna 1,2%), 1,4%-i Çin yuanı, 1,5%-i yapon iyenası (2016-cı ilin sonuna 1,1%), 1,6%-i digər valyutalarda (2016-cı ilin sonuna 1,3%), 3,5%-i qızıla (2016-cı ilin sonuna 3,4%) yerləşdirilib.
Fondun məlumatına görə, investisiya portfelinin 38,4%-i Avropa ölkələri (2016-cı ilin sonuna 43,1%), 27,87%-i Şimali Amerika (2016-cı ilin sonuna 23,5%), 26,05%-i Asiya-Sakit Okean regionu ölkələri (2016-cı ilin sonuna 26.3%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 76,3%-i pul bazarının istiqrazları və alərləri, 14,9%-i səhmlərə, 5.3%-i daşınmaz əmlaka, 3,5%-i qızıla yatırılıb. **
N.Abbasova