Cari ilin oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev Türkmənistanın səfiri Məkan İşanqulyev, Meksika Birləşmiş Ştatlarının səfiri Rodrigi Lobardini və Tacikistan Respublikasının səfiri Rüstam Solini qəbul edib.
Nazir 2018-ci il ərzində Azərbaycanda keçiriləcək mədəniyyət və turizm tədbirləri barədə məlumat verib. Ə.Qarayev qeyd edib ki, oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulur”, - nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Görüşdə həmçinin Azərbaycan ilə bu ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub. **
F.İsazadə