Azərbaycanın işğal olunan əraziləri azad olunana kimi Ermənistanı təcrid siyasəti davam edəcək. Bunu prezident İlahm Əliyev bəyan edib.
“Tarixi torpaqlara qayıdış Azərbaycanın siyasi və strateji hədəfidir. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistanı təcrid siyasəti Azərbaycanın torpaqları azad olunana kimi davam etdiriləcək", - İ.Əliyev cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq norma və prinsiplərinə əsasən həll olunmalıdır.
“Bizim ərazilərdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”, - İ.Əliyev əlavə edib. **
F.İsazadə