Azərbaycanlılar tarixi torpaqları İrəvana qayıtmağa dair strateji hədəfə tədricən yaxınlaşmalıdır. Bunu prezident İlham Əliyev deyib.
“İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”, - İ.Əliyev cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
“Qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı unutmamalıyıq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”, - o əlavə edib. **
F.İsazadə