Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsini silahlanmaya daxil edib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib”, - deyə məlumatda bildirilir.
Silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.*
N.Abbasova