Bu gün Astara-Astara dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn ilk sınaq yük qatarı Azərbaycana İrana yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında deyilir.
“Bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.
"Qatar 6 vaqondan ibarət olub. Vaqonlara taxta və MDF yüklənib”, - deyə məlumatda bildirilir.
Hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.
"Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolu istifadəyə veriləcək”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova