Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə “Thales International” arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir.
İ.Əliyev “Thales International” şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd etdi.
Dövlət başçısı bundan sonra tərəflər arasında uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirdi.
R.Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğuladı və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd etdi.
O həmçinin “Thales International” şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məlumat verdi. **
N.Abbasova