“Mərkəzi Klinik” MMC (Mərkəzi Klinik Xəstəxana) 2018-ci il üçün xəstəxananın əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə sığorta şirkətinin seçilməsi ilə bağlı tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən bildirilib.
Tenderin şərtlərinə görə, MKX 5 sığorta növü: klinikanın binalarının; manual-tibbi avadanlıqlarının; elektron cihazlarının; nəqliyyat vasitələrinin sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə xidmətlər satın almağı planlaşdırır.
Tender proseduru 9 mart tarixində keçiriləcək. Tender təklifləri martın 6-dək qəbul olunur. Tenderdə iştirak haqqı 200 manatdır. Telefon: 492-10-92 (daxili – 12, 11) – Orxan Abbasbəyli.*
N.Abbasova