Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 226 mln. 88,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar ayında DGK xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 173 mln. 962,6 min manat təşkil edib. Beləliklə, yanvarda dövlət büdcəsinə köçürmələr 29,9% artıb.
Bu ilin yanvar ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 157 mln. 18,9 min manat, aksizlər üzrə 6 mln. 780,7 min manat, yol vergisi üzrə 2 mln. 818,1 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 59 mln. 470,6 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 2 mlrd. 430 mln. manat həcmində müəyyən edilib. **
N. Abbasova