Bakıda 2019-cu ildə Azərbaycan, İran, Qazaxıstan və Rusiya arasında Xəzər dənizində kruz turizminin təşkilini gözləyirlər. Bunu AzərbaycanTurizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
“Rusiya Azərbaycan, İran, Qazaxıstan və RF rasında Xəzər dənizində kruiz marşrutlarının təşkili təşəbbüsü ilə çıxış edib. Bu cür kruizlərin təşkilinə 2019-cu ildə start veriləcəyinə ümid edirəm”, - N.Bağırov cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Moskva Çay Gəmiçiliyi” ASC arasında dəniz turlarının təşkilinə dair memorandum imzalanıb.
Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək. Səfərlər üçün ilkin mərhələdə Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. **
F.İsazadə