AzərbaycanTurizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov Assosiasiyanın üzvlərini respublikada keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.
“Turizm sahəsinin inkişafı üzrə bütün proqram və layihələrdə hər zaman dövlət başçısının dəstəyini hiss etmişik. Əminəm ki, bu dəstək gələcəkdə də davam edəcək”, - N.Bağırov cümə günü iclasda bildirib.
O qeyd edib ki, Assosiasiya hər zaman Azərbaycan prezidentini dəstəkləməyə hazırdır. “Biz həmçinin hər zaman prezidenti dəstəkləməyə hazırıq. Azərbaycanda turizm sahəsinin böyük inkişaf potensialı var. Onun inkişafı ölkə rəhbərliyinin dəstəyi olmadan mümkün deyil. Bu səbəbdən, hər birinizi prezident seçkilərində fəal olmağa, İ.Əliyevin namizədliyini dəstəkləməyə çağırıram”, - N.Bağırov vurğulayıb. **
F.İsazadə