Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov 2018-ci ildə ölkəyə turist axınının artacağını proqnozlaşdırır.
"Bir sıra ölkələrlə yeni birbaşa aviareyslərin açılması hesabına 2018-ci ildə Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artacaq", - deyə N.Bağırov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, xüsusilə BƏƏ, Bəhreyn, Pakistan və Rusiya Federasiyasının bir sıra şəhərlərindən Azərbaycana yeni birbaşa reyslərin açılması nəzərdə tutulub. "Reyslərin Bakı şəhəri ilə yanaşı, bölgələrə də açılması nəzərdə tutulub", - deyə sədr qeyd edib.
N.Bağırov əlavə edib ki, turistlər Azərbaycanı ictimai-siyasi vəziyyətin sabit olduğu dövlət kimi qiymətləndirir.
Bu ilin yanvarında Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17% - 185,913 min nəfərə qədər artıb.
2017-ci ildə bu göstərici 20% artaraq 2 mln. 691,988 min nəfərə çatıb.*
F.İsazadə