Rusiya şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarının göndərilməsində maraqlıdır. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Moskvaya səfəri zamanı metallurgiya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparıb. "Danışıqlar zamanı Rusiya şirkətləri BTQ marşrutu ilə hər ay 70 min ton dəmir məmulatlarını göndərmək niyyətində olduqlarını bəyan ediblər”, - deyə sədr bu gün keçirdiyi mətbuat konfransında bildirib.
C.Qurbanov qeyd edib ki, Rusiya taxta, dəmir məmulatlarının Qarsa, Qarsdan isə əks istiqamətdə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır.*
B.Rüstəmbəyov