Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına Avropa İttifaqının investisiyaları $20 mlrd.-ı ötüb. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Cümə günü E.Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak edib.
“Aİ Azərbaycanda ən iri investordur. Son 10 il ərzində Avropa İttifaqının üzv-ölkələri Azərbaycan iqtisadiyyatına $20 mlrd.-dan artıq sərmayə yatırıblar”, - E.Məmmədyarov iclasda çıxışında bildirib.
Onun sözlərinə görə, sərmayələr həm neft, həm də qeyri-neft sektoruna yatırılıb.
“Həmçinin Azərbaycan Cənubi Qafqaz ölkələri arasında Aİ-nin iri ticarət tərəfdaşıdır. Azərbaycanın ticarət dövriyyəsinin 46%-i Aİ-yə üzv-ölkılərin payına düşür”, - nazir qeyd edib. **
F.İsazadə