Bakı və Brüssel enerji sahəsində strateji tərəfdaşlığı davam etdirəcək. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
«Energetika sahəsində əməkdaşlıq ikitərəfli gündəliyimizdə mühüm yer tutur», - deyə o, Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Aİ energetika sahəsində, xüsusilə mənbə və marşrutların şaxələndirilməsi istiqamətində strateji tərəfdaşlığı davam etdirir.
XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev Şuranın iclasının yekunlarını şərh edərək bildirib ki, Bakı və Brüssel təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin yaradılmasına dair qərar qəbul edib.*
F.İsazadə, B.Rüstəmbəyov