Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ildə bankların kredit portfelinin 2016-2017-ci illərdə azalmadan sonra artımını proqnozlaşdırır. Bunu MBNP-nın baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoruAsim Zülfüqarov deyib.
“Ümumilikdə, 2018-ci ildə bankların kredit portfelində artım gözləyirik”, - A.Zülfüqarov cümə günü jurnalistlərə bildirib.
Öncə “Fitch Ratings” agentliyinin analitikləri bəyan ediblər ki, 2018-ci ildə Azərbaycanın bank sektorunda kreditləşmənin bərpasına başlanılacaq. “Azərbaycanda bank sektoru çox həssa olaraq qalır. Lakin biz 2016-2017-ci illərdə azalmadan sonra bu il kreditləşmənin artmasını gözləyirik”, - agentlik qeyd edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə bankların kredit qoyuluşları 29% azalıb. 2016-cı ildə azalma 24,5% təşkil edib. **
N.Abbasova