Azərbaycan öz ərazisi ilə Astara (İran)-Moskva marşrutu ilə sərnişin daşımalarına başlamağı təklif edir. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov deyib.
“Bu məsələ ilə bağlı təkliflərimizi İran və Rusiya tərəfinə ünvanlamışıq. İran tərəfi artıq məsələni müzakirə etməyə hazır olduğunu bildirib”, - C.Qurbanov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlrinə görə, ADY sərnişin daşımaları üçün Rusiya qatarlarında istifadə etməyi təklif edir.
Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalqdəmir yolunun istifadəyə verilməsi mərasimi keçiriləcək. Xəbər verildiyi kimi, Fevralın 8-də Astara-Astara dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn ilk sınaq yük qatarı Azərbaycana İrana yola salınıb. **
B.Rüstəmbəyov