Rusiyanın Moskva vilayətində qəzaya uğrayan "AN-148" tipli təyyarəsinin sərnişinləri arasında iki xarici dövlətin vətəndaşları olub. Bu barədə Rusiya FederasiyasıOrenburq vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin saytında məlumat verilir.
Saytda Moskva-Orsk marşrutu 6W703 reysi ilə uçan AN-148 tipli sərnişin təyyarəsinin sərnişinləri və ekipajının üzvlərinin adları dərc olunub.
Xüsusilə, Klaeui Ulrich (İsveçrə Konfederasiyası) və Namiq Qəhrəmanovun (1971-ci il təvəllüd, Azərbaycan Respublikası) adları qeyd edilib. **