Prezident İlham Əliyev Moskva ətrafında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
“Moskva ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş təyyarə qəzası barədə xəbər məni dərindən sarsıtdı”, - deyə başsağlığı məktubunda qeyd olunur.
Dövlət başçısı V.Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verib.*
F.İsazadə