Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın səlahiyyətli nümayəndəsi təyin edilib.
“Ə.Əhmədov 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan partiyanın səlahiyyətli nümayəndəsi təyin edilib”, - YAP-dan məlumat verilib.
Ə.Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, fevralın 12-dən aprelin 11-nə qədər etibarən baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb. **
F.İsazadə