Azərbaycan tərəfi Moskva vilayətində təyyarə qəzası nəticəsində həklak olan azərbaycanlının cəsədinin identifikasiyası məsələsi ilə əlaqədar Rusiyanın dövlət orqanları ilə sıx təmasdadır.
“Bu məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi və aidiyyəti dövlət orqanları Rusiyanınmüvafiq dövlət strukturları ilə təmasdadırlar", - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, təyyarə qəzasında həlak olduğu bildirilən Yevlax rayon sakini Namiq Qəhrəmanov (1971-ci il təvəllüdlü) Azərbaycan Respublikasının vətəndaşıdır.
Fevralın 11-də Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 71 həlak olub. **
F.İsazadə